Lopez və Afflek boşanma ərəfəsindədirlər

MAQAZİN bölməsi

13:06 - 28 Noyabr 2022

 Lopez və Afflek boşanma ərəfəsindədirlər

Hollivud ulduzları Ceylo (Cennifer Lopez) və Ben Afflek boşanma ərəfəsindədirlər. Ulduzların boşanma təhlükəsinə səbəb onların bir-birinə dözə bilməyən valideynləri olub.

Yenipress.az xəbər verir ki, bu barədə “National Enquirer” məlumat yayıb.

“Lopez və Afflekin anaları bir-birini sevmirlər. Və eyni masa arxasında toplaşsalar, Üçüncü Dünya müharibəsi sözün əsl mənasında başlayacaq. Ceylonun qayınanası Lopezi ailəyə qəbul etməyə tələsmir, çünki oğlunun birinci həyat yoldaşının daha yaxşı olduğuna inanır. Lopezin anası da öz növbəsində müğənniyə qarşı belə münasibəti xoş qarşılamır”, - məlumatda deyilir.

Xəbər xətti