Bakıda bacı qardaşını bıçaqladı - həbs edildi

GÜNDƏM bölməsi

09:20 - 28 Noyabr 2022

 Bakıda bacı qardaşını bıçaqladı - həbs edildi

Bakıda bacı qardaşı bıçaqlayıb.

Yenipress.az xəbər verir ki, hadisə noyabrın 28-i saat 02:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Püstə Əliabbas qızı Məmmədova yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Atamoğlan Əliabbas oğlu Məmmədovun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti