Səs yazısı bir ildən çoxdur əlimizdə idi, ona görə yaymırdıq ki... – Həbib Müntəzir

TOPLUM bölməsi

17:12 - 24 Noyabr 2022

 Səs yazısı bir ildən çoxdur əlimizdə idi, ona görə yaymırdıq ki... – Həbib Müntəzir

Müharibə bitdikdən bir neçə ay sonra səs yazısı artıq bizim əlimizdə idi. Bu da təxminən bir ildən çox müddət edir. O dövrdə həssaslığı nəzərə alaraq, səs yazısının yayılmasını doğru hesab etməmişdik.

Yenipress.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Almaniyada yaşayan bloger Həbib Müntəzir şəhid polkovnik Babək Səmidlinin səs yazısının uzun müddətdən sonra yayılması haqda danışarkən deyib.

O bildirib ki, həm digər şəhidlərin, həm də şəhid Babək Səmidlinin ailəsinin hisslərini nəzərə alaraq həmin vaxt bu addımı atmayıblar:

“Lakin daha sonra yayılmasının vacib olduğunu düşündük. Çünki səs yazısında ciddi ittihamlar, faktlar mövcud idi. Jurnalistin vəzifəsi təftiş etmək, həqiqətləri üzə çıxarmaq, ictimaiyyəti və hüquq mühafizə orqanlarını məlumatlandırmaqdır. Bu baxımdan biz həm də texniki məsələləri həll etdikdən sonra redaksiya ilə ortaq qərar verərək əlimizdə olan dəyərli məlumatı paylaşmaq qərarına gəlmişik. Ümid edirik ki, hüquq mühafizə orqanları ədalətli şəkildə araşdıraraq, səs yazısındakı ittihamları düzgün dəyərləndirərək lazımı hüquqi addımlar atacaqlar”.

Xəbər xətti