İranda etirazçıları təcili yardım maşınları ilə oğurlayırlar

DÜNYA

16:34 - 24 Noyabr 2022

 İranda etirazçıları təcili yardım maşınları ilə oğurlayırlar

İran hökuməti etirazları yatırmaq, təhlükəsizlik qüvvələri və məhbusları daşımaq üçün təcili yardım maşınlarından istifadə edir.

Yenipress.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Qəzet məsələ ilə bağlı bir neçə şahidin ifadəsini yayımlayıb. Eyni zamanda etirazçıların təcili yardım maşınları ilə naməlum yerlərə aparıldıqları barədə çoxsaylı faktların olduğu qeyd edilib.

Məlumatda İran rejiminin tibb ictimaiyyətinə və xəstəxanalara təzyiq göstərdiyi, etirazçıların tibbi xidmətlərə çıxışının məhdudlaşdırıldığı bildirilir.

Yenipress.az

Xəbər xətti