Naxçıvan muxtar statusunun ləğvi sürətləndirilir

GÜNDƏM bölməsi

16:16 - 24 Noyabr 2022

 Naxçıvan muxtar statusunun ləğvi sürətləndirilir

Son günlər Naxçıvanda baş verən hadisələr (yoxlamalar, həbslər), Vasif Talıbovun YAP-ın tərbirinə buraxılmaması kimi xəbərlərin tirajlanması bir daha Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıqların sürətləndiyini deməyə əsas verir.

Yenipress.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

“Azərbaycan unitar ölkədir. İnzibati-ərazi bölgüsü də bu prinsipə, yeni reallıqlara və çağırışlara görə formalaşdırılmalıdır. Ölkənin rayonlara bölünməsi effektiv deyil. Yaradılmış 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Paralel olaraq da yerli özünüidarə forması gücləndirilməli, şəhərlərdə seçkili mer institutu təsis edilməlidir. Naxçıvan şəhərinin xanı yox, seçilmiş meri olmalıdır”, - o bildirib.

Yenipress.az

Xəbər xətti