Vasif Talıbovun general oğlu vəzifəsindən azad olunub?

TOPLUM bölməsi

12:23 - 24 Noyabr 2022

 Vasif Talıbovun general oğlu vəzifəsindən azad olunub?

Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır.

Yenipress.az xəbər verir ki, bu barədə Manset.az saytı Dövlət Miqrasiya Xidmətindəndən məlumat əldə edib.

"O hazırda işdədir. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır", - deyə xidmətdən bildirilib.

Qeyd edək ki, general Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Xəbər xətti