Çin yenidən Ukrayna və Rusiya arasında sülh danışıqlarına çağırdı

DÜNYA bölməsi

12:11 - 24 Noyabr 2022

 Çin yenidən Ukrayna və Rusiya arasında sülh danışıqlarına çağırdı

Çinin BMT-dəki daimi nümayəndəsi Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında Ukrayna və Rusiya arasında sülh danışıqlarına çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat verib.

Səfir mülki obyektlərə davamlı hücumlardan və Ukraynanın mülki əhalisi arasında qurbanların sayının durmadan artmasından narahatlığını bildirib.

“Münaqişə və müharibədə qalib yoxdur, dialoq və danışıqlar yeganə irəliləyiş yoludur”, - Şuanq bildirib.

Didəm

Xəbər xətti