Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxartdı

TOPLUM bölməsi

11:23 - 24 Noyabr 2022

 Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxartdı

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Yenipress.az Manset.az-a istinadən xəbər verir ki, R.Rüstəmovun müvafiq əmri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.

Xəbər xətti