Əli azərbaycanlıların qanına batmış ermənilər Xankəndidən qovulur

SİYASƏT bölməsi

10:37 - 24 Noyabr 2022

 Əli azərbaycanlıların qanına batmış ermənilər Xankəndidən qovulur

Araik Arutyunyan bu istefa “sərəncam”larını sırf Azərbaycanla danışıqlara görə etdiyini düşünmürəm.

Yenipress.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, qondarma rejim “rəhbəri”nin bir sıra “nazir”ləri vəzifəsindən azad etməsinə münasibət bildirib.

Qeyd edək ki, "vəzifələri" ilə vidalaşacaq bu şəxslər qondarma rejimin fəal üzvləri və aktiv separatçılardır. Onlar 44 günlük müharibə dövründə də Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edib.

O.Qasımov bununla bağlı bildirib: “Bu hərəkət Azərbaycanla hansısa əlaqə qurulmasından daha çox başqa məqsədlərə hesablanıb:

“Guya qondarma rejimdə hansısa proseslər gedir və “demokratik islahatlar” aparılır. İstefaya göndərilənlərin əksəriyyəti hələ ki “vəzifələr”ini icra edir. Məncə, bu, daha çox Ruben Vardanyan üçün hesablanan bir addımdır. Çünki Araik Arutyunyan və digərləri heç bir zaman özbaşına hərəkət edə bilməz. Bu gün atılan addımlar da Rusiya ilə birbaşa koordinasiya olunur. Yadınızdadırsa, Vardanyana sual olundu ki, o, nədən öz komandasını “dövlət naziri” olaraq formalaşdırmayıb? O da cavabında qeyd etmişdi ki, bu məsələlərlə bağlı hələ düşünür, qərarlar verəcək və s.

Qısası, göstərmək istəyirlər ki, guya orada hansısa dövlət qurumları var, habelə “konstitusiya” dəyişikliyi mövzusu gündəmdədir”.

Siyasi təhlilçi hesab edir ki, bu tipli hərəkətlər Azərbaycan tərəfindən diqqətlə izlənilir:

“Uyğun zaman gələndə bu hərəkətlərin qarşısı alınacaq. Bu məsələlər Rusiya ilə əlaqəlidir və onu ancaq Rusiya ilə danışmalıyıq. Yəni məsələnin mahiyyəti Azərbaycanla danışıqlarda görüntü yaratmaq və verilən təlimata əsasən, yeni bir komanda formalaşdırmaqdır”.

Xəbər xətti


Digər xəbərlər