Serbiya İlham Əliyevə görə qırıcıları havaya qaldırdı - Foto

DÜNYA bölməsi

09:37 - 24 Noyabr 2022

 Serbiya İlham Əliyevə görə qırıcıları havaya qaldırdı - Foto

Ötən gün Serbiyaya səfər edən Prezident İlham Əliyev xüsusi hörmətlə qarşılanıb.

Yenipress.az xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb. 

Görüntüləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında paylaşıb.

Bununla yanaşı, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.

Qeyd edək ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb. Dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.

Xəbər xətti