Urmiyada hava çirkliliyinə görə məktəblər bağlandı

TOPLUM bölməsi

15:22 - 23 Noyabr 2022

 Urmiyada hava çirkliliyinə görə məktəblər bağlandı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində havanın çirklilik səviyyəsi ilə əlaqədar olaraq məktəblər bağlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə əyalətin Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bildirilir ki, noyabrın 23-də Urmiyada ibtidai məktəblərdə tətil elan edilib.

Məktəblərin bağlanılması havanın çirklilik səviyyəsinin uşaqlar və həssas yaş qrupları üçün təhlükə kəsb etməsi ilə əlaqələndirilib.

Xəbər xətti