Rusiya İran dronları ilə məhdud uğur qazanıb

DÜNYA bölməsi

14:30 - 23 Noyabr 2022

 Rusiya İran dronları ilə məhdud uğur qazanıb

Rusiya müharibədə İranın kamikadze dronlarından istifadə ilə məhdud uğur qazanıb.

Yenipress.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, sentyabr ayından Rusiya Ukraynaya qarşı İran istehsalı olan yüzlərlə PUA buraxıb:

“Onlar birdəfəlik istifadə edilə bilən PUA-lar və daha ənənəvi təkrar istifadə edilə bilən silah sistemlərinin qarışığı idi. Rusiya bu silahlardan taktiki hərbi hədəflərə və Ukraynanın elektrik şəbəkəsinə qarşı geniş şəkildə istifadə edib. Rusiya qanadlı raketlərin çatışmazlığını ödəmək üçün İrandan PUA alıb, lakin bu yanaşma məhdud uğur qazanıb”.

Britaniya kəşfiyyatı təxminən noyabrın 17-dən bəri heç bir PUA zərbələri barədə ictimaiyyətə məlumat verilmədiyinə diqqət çəkir:

“Rusiya hazırkı tədarükünü demək olar ki, tükəndirib. Lakin çox güman ki, tədarükü bərpa etməyə çalışacaq”.

Yenipress.az

Xəbər xətti