İranda azərbaycanlı gənc öldürüldü

TOPLUM bölməsi

14:23 - 23 Noyabr 2022

 İranda azərbaycanlı gənc öldürüldü

Güney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb.

Yenipress.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.

Azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi qeyd edilib.

Sepehrin yaxınları qətlin səbəbini gizlətmələri üçün hakimiyyətin onun ailəsinə basqı etdiyini bildiriblər.

Xəbər xətti