Ordumuz bu ərazini işğaldan azad etdi - İlk görüntülər

TOPLUM bölməsi

12:55 - 23 Noyabr 2022

 Ordumuz bu ərazini işğaldan azad etdi - İlk görüntülər

İctimai Televiziya (İTV) Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qaragöl gölü yaxınlığında çəkiliş aparıb, gölün ilk görüntülərini paylaşıb.

Yenipress.az xəbər verir ki, “İTV Xəbər Yekun” verilişinin hazırladığı reportajda Laçın rayonunda yerləşən gölün buz bağladığı görünür.

Bu reportajla bir müddət əvvəl yaranmış Qaragöl mübahisəsinə son qoyulub, Ordumuzun tarixi Azərbaycan ərazilərində yerləşmiş Qaragölü də azadlığa qovuşdurduğu məlum olub.

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında Qaragöl ətrafında mübahisə yaranmışdı. Rəsmi Bakı bəyan etmişdi ki, torpaqlarımız işğaldan azad olunandan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz də bərpa edilib.

Xəbər xətti