ABŞ SEPAH-ın İraqa zərbələr endirməsini qınadı

DÜNYA bölməsi

11:48 - 23 Noyabr 2022

 ABŞ SEPAH-ın İraqa zərbələr endirməsini qınadı

SEPAH-ın İraqın Kürdüstan bölgəsində İslam Respublikasının müxalif qruplarının mövqelərinə hücumları zamanı azı 19 nəfər ölüb, onlarla insan yaralanıb.

Yenipress.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İraqın Kürdüstan bölgəsində İranın müxalif qruplara qarşı hərbi əməliyyatına münasibət bildirərkən deyib.

O, bu addımı İraqın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirərək İranı qınayıb.

Qeyd edək ki, SEPAH noyabrın 20-si səhər saatlarından etibarən İraqın Kürdüstan bölgəsini raket və dron hücumları ilə hədəfə aldığını təsdiqləyib.

Kamran İsayev

Xəbər xətti