Conson: Ukraynanı “Spitfire” qırıcıları ilə təmin edin!

DÜNYA bölməsi

11:39 - 23 Noyabr 2022

 Conson: Ukraynanı “Spitfire” qırıcıları ilə təmin edin!

Ukraynaya PUA ilə mübarizə üçün ən sadə təyyarələr, məsələn, İkinci Dünya müharibəsindən qalma “Spitfire” qırıcıları lazımdır.

Yenipress.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“London artıq Kiyevə müasir artilleriya silahlarını verib. Britaniya Ukraynaya təkcə helikopterlər deyil, həm də “kifayət qədər sürətli uça bilən” və pilotsuz təyyarələri məhv edən təyyarələr göndərmək istərdi. Ukraynalıların kifayət qədər “Spitfire” qırıcıları olacaq”, - Conson zarafatla deyib və bu təyyarələrin artıq istehsal olunmamasından təəssüflənib.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya 20.000-dən çox “Spitfire” qırıcısı istehsal edib. 2022-ci ilə qədər uçuşa yararlı 40-a yaxın təyyarə qalıb.

Didəm

Xəbər xətti