Bakıda bu "qazi"nin hərbi geyimi və medalları əlindən alındı

TOPLUM bölməsi

11:33 - 23 Noyabr 2022

 Bakıda bu

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

Xəbər xətti


Digər xəbərlər