Müdafiə Nazirliyi daha bir məlumat yaydı

SİYASƏT bölməsi

11:13 - 23 Noyabr 2022

 Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

Xəbər xətti