AXCP üzvü Kəlbəcərdə faciəli şəkildə öldü

TOPLUM bölməsi

10:09 - 23 Noyabr 2022

 AXCP üzvü Kəlbəcərdə faciəli şəkildə öldü

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

Yenipress.az xəbər verir ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, ölən şəxs AXCP-nin Abşeron Şöbəsinin üzvüdür.

Xəbər xətti