Argentinanı məğlub edən futbolçulara külli miqdarda mükafat verildi

İDMAN

10:02 - 23 Noyabr 2022

 Argentinanı məğlub edən futbolçulara külli miqdarda mükafat verildi

Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbə qazanan Səudiyyə Ərəbistanı millisinin bütün futbolçuları külli miqdarda mükafat alıb.

Yenipress.az xəbər verir ki, bu barədə məşhur futbol agenti Timur Qurtskaya məlumat yayıb.

Onun sözlərinə görə, hər futbolçuya 2,5 milyon avro mükafat verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi DÇ-2022-nin favoritlərindən sayılan Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib. Qələbədən sonra Səudiyyə Ərəbistanında bütün işçilər, tələbələr üçün bayram tətili elan edilib.

Xəbər xətti