Türkiyədə dəhşətli zəlzələ: 1 ölü, 50 yaralı - Fotolar

DÜNYA bölməsi

12:52 - 23 Noyabr 2022

 Türkiyədə dəhşətli zəlzələ: 1 ölü, 50 yaralı - Fotolar

08:44

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Nəticədə 35 nəfər yaralanıb.

Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

***

Düzce rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib.

***

Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

***

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

Həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib. 

Xəbər xətti