İmişlidə ağır qəza: ölənlər var

TOPLUM bölməsi

20:50 - 22 Noyabr 2022

 İmişlidə ağır qəza: ölənlər var

İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenipress.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Xanlar Xasməmməd oğlu Bayramovun idarə etdiyi VAZ-21015 markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Fariz Gülməmməd oğlu Bayramov xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti