Düşmən Şuşanı atəşə tutdu - Son dəqiqə

TOPLUM

17:03 - 22 Noyabr 2022

 Düşmən Şuşanı atəşə tutdu - Son dəqiqə

Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Yenipress.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər xətti