Azərbaycanlılar Ukraynada partizan dəstələri yaradır

GÜNDƏM

13:47 - 22 Noyabr 2022

 Azərbaycanlılar Ukraynada partizan dəstələri yaradır

Xersondan çıxarılan Rusiya ordusu Donbas istiqamətində hücumu genişləndirir.

Yenipress.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində qeyd olunub. Bildirilib ki, son günlərdə bu istiqamətdə vəziyyət daha da gərginləşib:

"Orada xüsusi əməliyyatlarda iştirak edən azərbaycanlı hərbçi də ağır yaralanıb".

Həmçinin qeyd olunub ki, qış aylarında Xersonda kommunal xidmətlərin tam bərpası mümkün olmayacağından əhali digər şəhərlərə təxliyə ediləcək.

O da bildirilib ki, işğal altında qalan, yaxud neytral ərazidəki azərbaycanlılar separatçıların və Rusiya ordusunun hücumlarına qarşı birləşərək partizan dəstələri yaradırlar.

Yenipress.az

Xəbər xətti