Şeyxin oğlu azarkeşlərə sarayında pivə qonaqlığı verdi

DÜNYA bölməsi

13:33 - 22 Noyabr 2022

 Şeyxin oğlu azarkeşlərə sarayında pivə qonaqlığı verdi

DÇ-2022 üçün Qətərdə olan iki britaniyalı azarkeş pivə axtarışına çıxıb və təsadüfən Şeyxin sarayındakı ziyafətə qatılıblar.

Yenipress.az xəbər verir ki, bu barədə “TalkSport” məlumat yayıb.

Aleks adlı “Everton” azarkeşinin dediyinə görə, noyabrın 19-da o, dostu ilə birlikdə pivə içmək istəyiblər və onlara spirtli içki tapacaqlarını deyən iki qətərli ilə tanış olublar.

“Beləliklə, biz onun “Toyota Land Cruiser”inə mindik və böyük bir saraya çatdıq. Həyətdə idik və o, bizə meymunlarını və ekzotik quşlarını göstərdi”, - o qeyd edib.

“Dünən gecə şeyxin oğullarından biri ilə görüşdük. O, bizi saraya apardı və şirlərini göstərdi”, - fanatlardan digəri deyib.

Qeyd edək ki, noyabrın əvvəlində FİFA Qətərin təzyiqi ilə çempionat zamanı stadionlarda pivə satışını qadağan edib. Bildirilib ki, bu qərar ölkədə spirtli içkilərin ictimai yerlərdə istehlakı ilə bağlı qüvvədə olan sərt qanunlarla əlaqədar verilib.

Xəbər xətti