Sabah güclü külək əsəcək

GÜNDƏM bölməsi

12:27 - 22 Noyabr 2022

 Sabah güclü külək əsəcək

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenipress.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.

Xəbər xətti