Samir Bağırovda xərçəng aşkarlandı

MAQAZİN

09:57 - 22 Noyabr 2022

 Samir Bağırovda xərçəng aşkarlandı

Estrada ulduzu Samir Bağırova xərçəng diaqnozu qoyulub.

Yenipress.az Olay-a istinadən xəöbər verir ki, məşhur müğənnidə onkoloji xəstəlik bir neçə həftə əvvəl aşkarlanıb. 

Sümük iliyi xərçəngindən əziyyət çəkən Bağırov hazırda həkim nəzarətindədir.

Sənətçi Bizim.media-ya açıqlamasında “Bu xəstəliklə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Ayağımda problem yaranmışdı. Bir müddət ayağımın müalicəsi ilə məşğul oldum. Peşəkar həkimlərin sayəsində ayağım sağaldı. Hər şey qaydasındadır. Bir neçə həftədən sonra qarşınıza yeni layihələrimlə çıxacam”, - deyə, qeyd edib.

Xəbər xətti