Müəllimlərə “şad xəbər”: maaş artacaq, amma vəziyyət pisləşir…

İQTİSADİYYAT bölməsi

22:22 - 21 Noyabr 2022

 Müəllimlərə “şad xəbər”: maaş artacaq, amma vəziyyət pisləşir…

Rısmi təsdiqlənməmiş məlumata görə, orta təhsil sistemində çalışan müəllimlərin maaşları yanvardan etibarən 10% artırıla bilər.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev qeyd edib.

O bildirib ki, son 6 ildə baş verən 2 artımdam sonra hazırda 3 ilə qədər staja, ali təhsilə və tam dərs yükünə (18 saat) malik müəllimlər üçün aylıq məvacib 552 manatdır:

“Hazırkı vergitutma mexanizmi ilə eyni statusda olan müəllimin ümumi vergi yükü 80 manat, xalis maaşı 472 manatdır”.

İqtisadçının sözlərinə görə, hətta Statistika Komitəsinin qiymət müşahidərləri əsasında hesablama apardıqda, son 6 ildə minimum qida səbətinə daxil olan 20-yə yaxın ən zəruri ərzaq məhsulunun dəyəri 60%-ə yaxın bahalanıb:

“Öz növbəsində, kommunal xidmətlər səbətinin dəyəri 50%-dən çox artıb. Bu fakt onu göstərir ki, son 6 ildə orta məktəb müəllimlərinin xalis məvasibinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb - yəni onların həyat səviyyəsi pisləşib.

Sonuncu məqam odur ki, 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı strategiyasında qeyd edilmişdi ki, müəllimlərin illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbəti mərhələlərlə1,8–2 dəfəyədək artırılacaq. Amma sənəd qəbul edilən anda də həmin göstərici 57% ətrafında idi, hazırda da elə həmin səviyyədə qalıb. Strategiyanın qəbulunun isə yaxın aylarda 10 ilini tamamlayacağıq.

Bu cür sənədlərdəki öhdəliklərin unudulması göstərir ki, adətən bizim hökumətin nə yazdığına yox, nə etdiyinə baxmaq lazımdır.

Proqram və strategiyalar yalnız siyasi idaretmənin taleyinin seçkidə həll edildiyi mühitdə rol oynayır. Əks halda onlar arxiv sənədləri kimi tarixə keçir...”

Xəbər xətti