Oğlu Rəşad Dağlının adına köynək hazırlayanlara səsləndi - Video

MAQAZİN bölməsi

10:32 - 21 Noyabr 2022

 Oğlu Rəşad Dağlının adına köynək hazırlayanlara səsləndi - Video

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının oğlu Yusif sosial şəbəkə hesabında atasının adına köynək hazırlayanlara səslənib.

Yenipress.az xəbər verir ki, “Rəşad Dağlı köynəkləri” adı altında satış həyata keçirən səhifəni göstərən Yusif buna ehtiyac olmadığını bildirib.

“Hər kəsə salam, atamı sevənlərə, dəstək verənlərə, dua edənlərə minnətdaram. Atamla bağlı hər hansı addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bu, bizə pis təsir edir. Dua edin yetər. Çox sağ olun”, - deyə o bildirib.

Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti