Aysun ilk dəfə boşanmasından danışdı: Xəyanət...

MAQAZİN bölməsi

16:06 - 14 Noyabr 2022

 Aysun ilk dəfə boşanmasından danışdı: Xəyanət...

Müğənni Aysun İsmayılova ARB televiziyasında yayımlanan "Maqazin plus” verilişində ilk dəfə keçmiş həyat yoldaşı Eşqin Cəlilovdan ayrılmasından danışıb.

Yenipress.az  xəbər verir ki, Aysun sevgidə və dostluqda xəyanəti bağışlamadığını bildirib.

"Çox gülən insanlar gecələr ağlayar. Xoşbəxt, güclü və möhkəm olmağa çalışıram. Keçmişə baxıb, pis olan insan deyiləm. Çalışıram gələcəyə baxım. Düşünürəm ki, bu yaşanmalı imiş, Allah bunu yazdı və bu oldu. Oldu bitdi.

Çox kövrək insanam, güclü qadın obrazı yaratmaq istəyirəm. Xoşbəxt qadın olmaq istəyirəm...

Düşünürdüm ki, sosial şəbəkədə haqqımda başqa şeylər yazarlar. Belə yazanlar var, amma o qədər deyil. Məni şəxsən tanıyanlar necə varsa elə də yazıblar. Artıq mənim danışmağıma ehtiyac yoxdur. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

Yalnız onu deyə bilərəm ki, heç bir qadın xoşbəxt olduğu yerdən getməz. Əgər ailəm oyun olsaydı, evliliyim 2-3 ay çəkməzdi, illərlə çəkərdi.

Mən doğrudan da sevib ailə qurmuşdum. Məni sevən dostlarım, tamaşaçılarım və ailəm var. Ona görə sevgiyə möhtac deyiləm. Bu söz-söhbətlərdə yalnız Allahımla danışmışam. Heç vaxt heç kimə açıqlama verməmişəm. Kim nə istəyir danışsın, bu mənim həyatımdır”, - o bildirib.

Qeyd edək ki, Aysun İsmayılova Eşqin Cəlilovla dörd ay evli olub.

Xəbər xətti