Azərbaycanlı iş adamı Rəşad Dağlıya 17000 manat göndərəcək

MAQAZİN bölməsi

10:46 - 14 Noyabr 2022

 Azərbaycanlı iş adamı Rəşad Dağlıya 17000 manat göndərəcək

Meyxanaçı Aqşin Fateh sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. 

Yenipress.az xəbər verir ki, o, İnstaqram hesabında paylaşdığı videoda Gürcüstanda yaşayan soydaşlarımızdan birinin (iş adamı) həbs olunan həmkarı Rəşad Dağlıya maddi yardım göstərmək istəyini deyib.

Görüntülərdə sözügedən şəxsin Rəşada 10 min dollar ( 17 min AZN) göndərəcəyi qeyd edilib. Fateh həmin videonu sosial şəbəkə hesabında paylaşdıqdan sonra silib. 

Daha sonra İnstaqramda Gürcüstanda iştirak etdiyi toydan görüntülər paylaşıb.

Qeyd edək ki, 5 gün əvvəl qonşusu İsgəndər Mehdiyevi öldürən Rəşad Əmirov 4 ay müddətinə həbs olunub.

Xəbər xətti