Pişik Günel boşandı

MAQAZİN bölməsi

11:51 - 5 Noyabr 2022

 Pişik Günel boşandı

Müğənni Günel Ələkbərova həyat yoldaşından ayrıldığını açıqlayıb.

Yenipress.az xəbər verir ki, sənətçi bu haqda "MTV maqazin"də danışıb. O bildirib ki, övladının atası ilə kəbinlə yaşayıb:

"Rəsmi nikahımız olmayıb, kəbin olub. Şəxsi ailə məsələsini gündəmə gətirmək istəmərəm. Qızımızın yanında olduğu ərəfədə başımın tacıdır. 12 ilə yaxındır ki, ona qarşı bir yanlışım olmayıb. Elə nüanslar var ki, bağışlaya bilmərəm. Qızımın atasıdır, hörmətim sonsuzdur. Qızımla atası bir-biri ilə nəfəs alır. Mən də qızım üçün yaşayıram. Övladımız üçün bir araya gəlirik. Övladımız üçün belə qərar verdik.

Bundan sonra ailə qurmağı düşünmürəm. İstəmərəm... Övladıma qarşı eqoistəm. Mümkün deyil yenidən ailə qurum. Özüm ögey ata ilə böyümüşəm. Qızımın ögey ata ilə yaşamasına heç vaxt imkan vermərəm".

Xəbər xətti