Arıqlamaq istəyənlərə qeyri-adi məsləhətlər

SAĞLIQ bölməsi

09:50 - 5 Fevral 2022

 Arıqlamaq istəyənlərə qeyri-adi məsləhətlər

Rusiyalı dietoloq Yelena Solomatina yay üçün bədən ölçülərini normallaşdırmaq istəyənlərə bir sıra qeyri-adi məsləhətlər verib.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, o, aclıq və toxluq kimi hisləri aldatmağa kömək edən bir sıra fəndlərin olduğunu bildirib.

Xüsusilə, həkim mavi kimi soyuq rəngli boşqablarda yeməyi tövsiyə edib. Onu sözlərinə görə, belə olan halda insan daha az yeyəcək. Bununla yanaşı, hətta balaca bir tikənin belə daha böyük görünəcəyi kiçik ölçülü boşqabları seçmək daha yaxşıdır.

Solomatina, həmçinin yeməkləri soyuq içkilərlə “yumaq” barədə xəbərdarlıq edib. “Bu halda, tam həzm olunmayan yemək tez sürüşərək gedir və insan tez bir zamanda yenidən yemək istəyir”, - deyə diyetoloq izah edib.

Həkim yemək yeyərkən smartfon, planşet və ya televizordan yayınmağı, hər dişləmdən həzz almağı məsləhət görüb.

Bundan əlavə, o, şirniyyatları quru meyvələrlə, məsələn, xurma, ərik qurusu və ya kişmişlə əvəz etməyi tövsiyə edib.

Xəbər xətti