Müzəffər Kayasan 14 aydır karantindədir – 78 testin hamısı pozitiv

SAĞLIQ bölməsi

09:00 - 5 Fevral 2022

 Müzəffər Kayasan 14 aydır karantindədir – 78 testin hamısı pozitiv

İstanbulda koronavirusla bağlı inanılmaz olay baş verib.

Yenipress.az xəbər verir ki, 56 yaşlı İstanbul sakini Müzəffər Kayasan 2020-ci ilin noyabrında koronavirusa yoluxub. Onu xəstəxanada müalicə ediblər və evə yazılıb. Evdə karantin davam edib, ancaq bu karantin düz 14 aydır bitmir.

Bu müddət ərzində ondan 78 dəfə test üçün nümunə götürülüb, hər dəfə də testin cavabı pozitiv çıxıb.

M.Kayasan deyib ki, 3 il öncə beyin əməliyyatı keçirib, dərmanlar qəbul edir, ona görə də immuniteti çox zəifdir. Həkimlər buna görə onun tam sağalmadığını bildirib.

Xəbər xətti


Digər xəbərlər