Qripdən ölüm halları müşahidə edilir - Həkimdən SOS

SAĞLIQ bölməsi

15:54 - 2 Noyabr 2022

 Qripdən ölüm halları müşahidə edilir - Həkimdən SOS

Qripə yoluxanlar ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxanada həkim nəzarətində müalicə almalıdırlar.

Yenipress.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov danışıb.

“Qripin ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir. Xəstəliyə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsələr də, qripdən ölüm halları müşahidə edilir. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə daha azdır”.

Qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir. Amma azyaşlılar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna daxildir.

Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir”, - deyə o qeyd edib.

Xəbər xətti