Toyun səhəri günü eşq bitir - Cavanşir Quliyev

MAQAZİN bölməsi

15:02 - 31 Oktyabr 2022

 Toyun səhəri günü eşq bitir -  Cavanşir Quliyev

Toyun səhəri günü eşq bitir. Həyat başlayır... Qızın dərrakəsi varsa, anlayır ki, həyat bulvarda gəzmək deyil. Həyatın başqa tərəfləri var.

Yenipress.az xəbər verir ki, bu sözləri əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev “Açıq söhbət” proqramında deyib.

“Mənə deyirdilər ki, tək yaşayırsan, məhəbbət mahnılarını necə yazırsan? Eşq vəziyyətini içimdə yaradıram. Mən də eşq yaşamaq istəyirdim, amma olmadı. Olmayanda olmur”, - deyə C. Quliyev əlavə edib.

“Qadın xəyanəti bilsə, bağışlamalıdırmı” sualına C.Quliyev belə cavab verib:

“Bağışlamamalıdır. Xəyanət kişilərin qüsurudur. İnsanda çox qüsur var. Ehtirasımız daha güclü çıxır. Ehtiras düşüncəni üstələyir. Qadın çox şey istəmir, yanlış kişilərdədir. Özlərinin evdə rəis olduğunu sübut etməyə çalışırlar. Amma bəzi halda qərarı qadın verməlidir”.

Xəbər xətti