Şəbnəm Tovuzlu bu görüntülərə görə məsuliyyətə cəlb olunacaq - Video

MAQAZİN bölməsi

12:36 - 28 Oktyabr 2022

 Şəbnəm Tovuzlu bu görüntülərə görə məsuliyyətə cəlb olunacaq - Video

Müğənni Şəbnəm Tovuzlu təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil idarə edib. İfaçı avtomobili idarə edərkən polis maşının yaxınlığından keçib. Tovuzlu polis əməkdaşlarına da əhəmiyyət verməyib.

Yenipress.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Manşet.az-a yayılan görüntülərlə bağlı qanuni tədbir görüləcəyini bildirib:

“İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunurlar. O, görüntü əsasdır ki, həmin şəxs inzibati məsuliyyətə cəlb olunsun. Görüntü varsa onun barəsində birbənalı olaraq tədbir görüləcək. Çünki artıq inzibati xəta tərkibli əmələ sübuta yetirilən real fakt var”.

Xəbər xətti