"Hüseynin qohumu" şəhid qardaşının pulunu oğurladı

MAQAZİN bölməsi

15:20 - 27 Oktyabr 2022

Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib.

Yenipress.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Onun sözlərinə görə, Sənan hesab nömrəsini deyib:

“Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib.

Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış.

Zəng edilən nömrə +7939803-81-83”.

Xəbər xətti