“Bravo” çörəyin qiymətini bahalaşdırdı

TOPLUM bölməsi

15:18 - 26 Oktyabr 2022

 “Bravo” çörəyin qiymətini bahalaşdırdı

“Bravo” supermarketlər şəbəkəsində Nömrə 1 çörəyinin qiyməti bahalaşıb.

Yenipress.az xəbər verir ki, hazırda ölkə üzrə 75 qəpiyə satılan bu çörək sözügedən marketdə 79 qəpiyə satılır.

Onu da qeyd edək ki, “Bravo”nun piştaxtalarında çörəyin qiyməti 75 qəpik yazılsa da, alandan sonra onun 79 qəpiyə satıldığı məlum olur.

Sözgedən məsələ ilə bağlı marketlər şəbəkəsinə sorğu ünanlasaq da, cavab verilməyib.

Xəbər xətti