Gələcəyin dəhşətli silahı sınaqdan keçdi - Video

İKT bölməsi

13:54 - 3 Fevral 2022

 Gələcəyin dəhşətli silahı sınaqdan keçdi - Video

“Gələcəyin silahı” hesab olunan mikro-dronun özəllikləri sosial şəbəkələrdə paylaşılıb və yenidən gündəmə çevrilib.

Yenipress.az xəbər verir ki, kiçik ölçülü dron idarə olunmur, yalnız “ağıllı beyin” – süni intellekt - sayəsində sərbəst uçuş həyata keçirir. Çevikliyi insan reaksiyasından tam 100 dəfə artıqdır və kiçikliyi, həmçinin sürəti onu zərərsizləşdirməyə imkan vermir.

Mobil cihazda olduğu kimi, burda da üztanıma sistemi var. Onun daxilində 3 qram partlayıcı maddə yerləşdirilib. Üztanıma sistemi ilə təhlükəli canini özü tapır və düz alnından girərək, beynini məhv edir.

“Deyirlər ki, insanları bu silah deyil, adam öldürür. Yox, adamlar öldürmür. Bu cihazlar hər şeyi özü edir. Onlar əmr almırlar. Onların məqsədi var. Gəlin, baxaq görək silah necə qərar qəbul edir. Mənə inanın, ölənlərin hamısı pis oğlanlardır. Bu aviazərbələr cərrah qədər dəqiqdir. Öyrədilmiş komanda kimi onlar istənilən maneələrdən yayınıb, binalara, avtomobillərə, qatarlara daxil ola bilərlər. Onları saxlamaq mümkün deyil. Mən dedim axı, bu daha mükəmməldir.  Niyə? Çünki biz daha çox şey haqqında düşünürük. Baxın! 25 milyon dollara şəhərin yarısını öldürmək üçün bu cihazlardan alına bilər. Nüvə silahı artıq köhnəlib. Rəqibi sıradan çıxardın. Sadəcə onu təsvir edin, cihazı buraxın, qalanları asandır”, - deyə texnikanın tanıtımında qeyd olunub.

Xəbər xətti