3,77 saniyəyə 100 kilometr sürət yığan "Zapı" - Video

İKT

12:46 - 3 Fevral 2022

 3,77 saniyəyə 100 kilometr sürət yığan

Ukrayna sakini “Zaporojets” avtomobilinin kapotunun altına elektrik mühərrik quraşdırmağı bacarıb.

Yenipress.az Virtualaz.org-a istinadən xəbər verir ki, Seva TV Yutub kanalında onun maşının sınaqdan keçirdiyi video yayımlanıb.

Videonun müəllifi 10 dəqiqəlik videoçarxda “Zaporojets”i əsl elektromobilə çevirməyi necə bacardığını danışır. O, yolların birində saatda 100 kilometr sürəti 3,77 saniyəyə yığa bildiyini deyir.

İdeyanın müəllifi avtomobilin modernləşdirilməsi zamanı ona yeni elektrik mühərriki və diffuzor quraşdırdığını qeyd edib. Eyni zamanda, o, soyutma sistemini də yeniləyib.

“Ansaldo mot.3” elektrik mühərrikinin gücü 41 at gücü, çəkisi isə 82 kiloqram təşkil edir. Kişi həmin mühərrikə əlavə dəyişiklər edib. Nəticədə onun gücü 408 at gücünə bərabər olub.

Gələcəkdə avtomobilin sahibi ona idman təkərləri quraşdırmağa və digər dəyişiklər etməyə planlaşdırır. Avtomobilin maksimal sürəti 120 km/saatdır.

Qeyd edək ki, “Tesla Model S” elektromobili saatda 100 kilometr sürətini 2,1 saniyəyə yığır.

Xəbər xətti