Maaş və pensiyalar artacaq? - Açıqlama

İQTİSADİYYAT bölməsi

12:45 - 21 Oktyabr 2022

 Maaş və pensiyalar artacaq? - Açıqlama

Ölkədə ərzaq məhsullarının bahalaşması davam edir. Bu gün aldığın məhsulun sabah bir qədər də bahalaşdığının şahidi olursan. Bəs, yaxın vaxtlarda əmək haqları və pensiyaların artımı mümkündürmü?

Yenipress.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili bildirib ki, hər il dövlət büdcəsi qəbul qəbul olunanda bu imkanlar nəzərdən keçirilir, bir çox sahələrdə əmək haqqlar artırılır.

Millət vəkili qeyd edib ki, gələn il üçün də orta aylıq əmək haqqları və gəlirlərin artımı əsas hədəflərdəndir:

"Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara görə, bu ilin 9 ayı ərzində istehlak qitmətləri 13.4%, əhalinin nominal gəlirləri 20.2%, orta aylıq əmək haqqı isə 14.3% artlb. Göründüyü kimi, inflyasiya gəlirlərin böyük bir hissəsini “yesə” də, gəlirləri üstələməyib. Orta aylıq əmək haqqlarının və gəlirlərin artımına nail olmaq iqtisadi siyasətin əsas hədəflərindən biridir. Amma bir məsələni də bilmək lazımdır ki, inflyasiyanın yüksəlməsi ilə əmək haqqlarının artımı düz mütənasibdir. Əmək haqqlarının artımının inflyasiyanı yüksəltməməsi üçün istehsal bolluğunu, rəqabəti və təklifi daha da gücləndirmək tələb olunur. Pandemiyadan sonra istehsal, təklifin azalması məhsul qıtlığına səbəb olub. Bunun da qarşısını almaq üçün ciddi səylər göstərilir, büdcədən vəsait ayrılır".

Xəbər xətti