Yatarkən də arıqlamaq mümkündür - Bu üsullarla

SAĞLIQ bölməsi

09:54 - 20 Oktyabr 2022

 Yatarkən də arıqlamaq mümkündür - Bu üsullarla

Arıqlamağın yolu təkcə pəhriz və idmanla deyil.

Belə ki, hətta yatarkən belə artıq çəkilərinizdən azad ola bilərsiniz.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, arıqlamaq üçün keyfiyyətli və sağlam yuxu çox vacibdir. Yatmazdan əvvəl yediyiniz qidalara diqqət yetirərək asanlıqla arıqlamaq mümkündür. Sağlam bədənə və ideal çəkiyə çatmaq üçün düzgün qidalanma və idman qədər vacib olan şey keyfiyyətli yuxudur.

Bu, qeyri-mümkün görünür, lakin yuxu çatışmazlığı ilə orqanizm daha az toxluq hormonu və daha çox aclığı yaradan hormon qrelin istehsal edir.

Mütəxəssislərin apardığı araşdırmaya görə, az yatan insanların iştahası daha çoxdur.

Gecələr yatarkən bədənimizdə metabolik proseslər davam edir, orqanlarımız işləyir və təbii ki, kalorilərin yandırılması davam edir.

Yaxşı bir yuxu arıqlamağınıza və toksinlərin çıxarılmasına səbəb olacaq. Metabolizmi günün bütün saatlarında aktiv saxlamaq və gecə işləməsini təmin etmək, yatarkən kalori yandırmağınızı asanlaşdıracaq.

Artıq çəkidən xilas olmaq üçün ağır pəhriz və idman proqramlarına ehtiyacınız yoxdur. Müəyyən bir yuxu rejimi ilə yatarkən bədəninizin yağ yandırmasını təmin edə bilərsiniz.

Yuxu zamanı daha çox kalori yandırmağın bəzi yolları:

Aşağı temperaturda yatın.

Zülal qəbulunuzu artırın: Araşdırmalar göstərir ki, yatmazdan əvvəl zülal qəbul etmək yuxu zamanı yandırılan kaloriləri artırır. Əgər yatarkən arıqlamaq istəyirsinizsə, yatmazdan əvvəl kifayət qədər protein almalısınız.

Maddələr mübadiləsini sürətləndirən bitki çaylarından istifadə edin: Çaylar yatarkən vücudunuzun yandırdığı yağ nisbətini artırır. Zəncəfil çayı, cökə, adaçayı, kəklikotu çayı, yaşıl çay kimi maddələr mübadiləsini sürətləndirən bitki çaylarını yatmazdan əvvəl içmək arıqlamağı sürətləndirən və asanlaşdıran bir üsuldur.

Qaranlıqda yatın: Qaranlıq mühitdə yatmaq bədəninizdə bu hormonun ifrazını asanlaşdırır, bu da keyfiyyətli yuxuya sahib olmanızı təmin edir.

Yatmazdan əvvəl məşq edin: Yatmazdan əvvəl məşq etmək daha asan yuxuya getməyə və daha çox yağ yandırmağa kömək edir. Beləliklə, həm bədəninizi sıxar, həm də yuxunuza çatarsınız.

Xəbər xətti