Ali Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

İQTİSADİYYAT bölməsi

13:18 - 18 Oktyabr 2022

 Ali Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsindəki qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Yenipress.az xəbər verir ki, Ali Məhkəmə 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan kapitan Ramin Ədilovun şikayəti ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Hazırda Əli Əliyevlə bağlı başqa bir cinayət işi üzrə istintaq aparılır.

Xəbər xətti