Ukraynalı müğənni doğum günündə İrpen üçün bir milyon ianə etdi

MAQAZİN bölməsi

12:37 - 18 Oktyabr 2022

 Ukraynalı müğənni doğum günündə İrpen üçün bir milyon ianə etdi

Ukraynanın əməkdar artisti Svetlana Loboda müharibə zamanı dağıdılmış doğma İrpen şəhərinin bərpası üçün bir milyon qriven (47 min AZN-ə yaxın) ianə edib.

Yenipress.az xəbər verir ki, bu barədə müğənni İnstaqramda qeyd edib.

“Milyon qızılgül əvəzinə evlərin bərpası üçün milyon qriven”, - o yazıb.

Loboda vurğulayıb ki, bütün ukraynalılar kimi onun da bir azusu var:

“Doğma Ukraynamızda sülh. Mütləq və çox tezliklə həyata keçəcək arzu! Bu gün mən doğum günümü ailəmlə qeyd edirəm və çox istərdim ki, evsiz qalmış hər bir ukraynalı tezliklə evinə qayıtsın. Bütün ailələr mümkün qədər tez öz böyük və mehriban masası ətrafında toplaşsın...”

Xəbər xətti