Türkiyəli müğənniyə ayı qanı köçürüləcək

MAQAZİN bölməsi

16:23 - 12 Oktyabr 2022

 Türkiyəli müğənniyə ayı qanı köçürüləcək

Türkiyəli müğənni və aktrisa Selen Görgüzel bədəninə ayı qanı köçürmək istədiyini bildirib.

Yenipress.az Unikal-a istinadən xəbər verir ki, bu barədə o, Nişantaşıda açıqlama verib.

Gözəl qalmaq üçün hər addım atan müğənni özü üçün yeni gözəllik üsulu kəşf etdiyini bildirib.

"Ayı qanının vurulması üçün araşdırma aparıram. Ayılar 6 ay qış yuxusuna getdiyi üçün əzələ əriməsi baş vermir və araşdırmalar nəticəsində bunun insanlara faydalı olduğu açıqlanıb. İndi bunun harada edildiyini araşdırıram, həyata keçirəcəm. Əzələ və sümük quruluşuna faydalıdır", - o deyib.

Xəbər xətti