Rəhimin son görüntülər yayıldı: Ayaqları şişib, üzr istəyir... - Video

MAQAZİN bölməsi

11:35 - 30 Sentyabr 2022

 Rəhimin son görüntülər yayıldı: Ayaqları şişib, üzr istəyir... - Video

Müğənni Vasif Məhərrəmli ötən gün vəfat edən Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz instaqram səhifəsində müğənninin özünün sağlığında ona göndərdiyi videonu paylaşıb.

V. Məhərrəmli qeyd edib ki, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib. Xəstəliyi səbəbindən şişmiş ayaqlarının videosunu V. Məhərrəmliyə göndərərək üzrxahlıq edib. O, videoda qaraciyərində problemlər olduğunu, bu səbəbdən ayaqlarının şişdiyini qeyd edib.

“Ay Rəhim, Allah sənə rəhmət eləsin! İncimişdim səndən dostum. Kaş ki incimiyəydim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş ki zəng edəydim, danışaydıq. Deyirdim anamın ən istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin, Rəhim. Bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək, ay Rəhim. Məkanın cənnət olsun, əziz dost!”, - paylaşımda qeyd olunub.

Xəbər xətti