Röyanın 5452 manatlıq geyimi - Foto

MAQAZİN bölməsi

10:19 - 1 Fevral 2022

 Röyanın 5452 manatlıq geyimi - Foto

Xalq artisti Röya Ayxan xüsusi geyimi ilə gündəmə gəlib.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi qatıldığı verilişlərdən birində geyindiyi çəhrayı rəngli xüsusi libası ilə xeyli müzakirələrə səbəb olub.

Buna səbəb Xalq artistinin bahalı blazeri və ətəyi olub. Onun hər iki geyimi "Aleks Perri" markasına aiddir. Röyanın blazerinin qiyməti 2411 dollar (4098 AZN), ətəyinin qiyməti isə 797 dollardır. (1354 AZN)

İfaçının geyimlərinin qiyməti ümumilikdə 5452 AZN təşkil edib.

Qeyd edək ki, Röya Ayxan proqram zamanı ilk dəfədir efirdə çəhrayı libas geyindiyini açıqlayıb.

Xəbər xətti