Şəhidimizdən "Komando" olması üçün 6 min manat rüşvəti kim istəyib? - Video

TOPLUM bölməsi

09:54 - 15 Sentyabr 2022

 Şəhidimizdən

İdmançı Kamil Zeynalov 2 gün öncə erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla görüşüb.

Yenipress.az xəbər verir ki, görüş zamanı bəzi məqamlar ortaya çıxıb.

Şəhidimizin fəhlə işləyən qardaşı Səbuhidən "Komando" bölüyünə götürülmək üçün 6000 manat rüşvət istənildiyini açıqlayıb:

“Bankdan kredit götürüb verdi ki, Komando olsun”.

Qeyd edək ki, şəhidimiz ötən gün - qardaşının doğum günündə topağa tapşırılıb.

Xatırladaq ki, Səbuhi və Sənan uşaq ikən valideynlərini itirib və SOS Uşaq Kəndində böyüyüblər.

Daha ətraflı videoda:

Xəbər xətti