Bu şəhidlərimizin adı MN-in yaydığı siyahıda yoxdur - Say artır

TOPLUM bölməsi

14:25 - 14 Sentyabr 2022

 Bu şəhidlərimizin adı MN-in yaydığı siyahıda yoxdur - Say artır

13:46

Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Nazirliyi ermənilərin təxribatı nəticəsində 50 şəhidimizin olduğunu bildirib.

Bu gün yayılan siyahıda isə onların adları təqdim olunub.

Yenipress.az xəbər verir ki, sosial şəbəkədə yayılan iddialara görə, şəhidlərimizin sayı 50-dən çoxdur.

Bildirilib ki, MN-in yaydığı siyahıda Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyevin, Ağstafanın Böyük Kəsik kənd sakini, 1993-cü il təvəllüd Səyfəddin Mahmud oğlu Muradovun, Qusar rayonu Mucuq kənd sakini, 1998-ci il təvəllüd XTQ snayperi Şair Camal oğlu Heydərovun, Tovuzun Alakol kənd sakini, 1991-ci il təvəllüd hərbçi Ülvi Məzahir oğlu Mahmudzadənin adı olmasa da, yaxınların hərbçilərimizin şəhid olduğunu təsdiqləyiblər.

Xəbər xətti